Unudulmaq,xatirlanmamaq.


Unudulmaq,xatirlanmamaq.Görüşmək istədiyin dostlar olsa bele,görüşə bilməmək: elə – belə yazdım – dedim görüm necəsən? Hə,bir az yorğunam – deyə bilməmək: çıx görüşək,pivə içək,günəşin batmasın izləyək,dəniz kənarına gedək.Yaşayaq,yaşadığımızı hiss edək.Hər kəsin problemi vardır,əslində o yoxdur,o düşüncə var,sadəcə düşüncə var.İllərimi alıb,illərimi… – kim? İllərimi verdim,illərimi… – nəyə?  bilmirəm.
Mənim olmayanın mən edərək özəlləşdirməyə nə qədər haqqı var idisə,mənim olmayanların da məndən ayrılmağa bir o qədər haqqları vardır.Təkliyi sevirəm,ancaq indi yaşadığım sıxıcıdr.Kiminsə yazmasın gözləyirsən,ikinci cümləni uzadanda artıq hiss edirsən saxtalaşdığını.Yatmağına heç kim mane olmur, ancaq yatmaq istəmirsən.Kitablar,kinolar, yalnız  insanların məşqulliyyəti olduğun anladım və ara verdim baxmağa.Yalnızlığımla onlardan istifadə etmək istəmədim.

Həyatda heç nə boş yerə olmur.İnsan

Axtarmırlarsa axtarmırlar,görüşmək istəmirlərsə istəmirlər,əslində bunlarin səbəbkarı sənsən yəni mən.Təkliyi hər kəsdən çox sevdim,2009-cu ildə təkliyimlə mənim qadınım və qızım var idi onlar xəyal idi ancaq onları o zaman necə canlı tutduğumu bilmirəm, bəlkə ətrafimda olan hər kəs xəyaldır daha onlarıda canlı tuta bilmirəm. İnsan nəsli kəsilmiş varliq deyil,siz varsiz,mən varam,bəlkə siz varsız,mən yoxam? Bunu yalnız insanın məktubu kimi qeyd edin və ya yalnız, insan, məktubu kimi.

Çətin olsa da rəy bildir: